“Mən çoxdan danışıram ki, Qarabağın üzərində buludlar qatılaşır və müharibə qaçılmazdır”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin başlayacağı haqda hesabatını şərh edərkən deyib.

Onun sözlərinə görə, itkilər təkcə təmas xəttində yox, Azərbaycan və Ermənistan sərhədində də olur.
“Danışıqlar prosesində hər-hansı irəliləyiş yoxdur, tərəflər faktiki olaraq müharibə hazırlığındadır. Məsələ ondadır ki, Qarabağ münaqişəsi sanki “yetim müharibə”dir. Heç kəs bu haqda düşünmür, heç kəs onunla məşğul olmur. Rusiyada mənə deyirlər ki, Ukraynada müharibə başlayır, mən deyirəm ki, “Qarabağ indi partlayacaq”. Müharibə Rusiyaya sərf etməsə də, bu, mütləq baş verəcək”, -deyə o bildirib.
P.Felqenqauer Rusiyanın çıxılmaz vəziyyətdə qalacağını deyib: “Ermənistan Rusiyanın müttəfiqidir, lakin Moskva Azərbaycana da xüsusi önəm verir. Buna görə də Moskva Qarabağa görə Azərbaycanla qarşıdurmaya getməyəcək. Buna görə də Ermənistana dəstək verməyə bilər. Rusiya tərəflərə atəşi dayandırmaq haqda müraciət edəcək, lakin görünən budur ki, tərəflər buna qulaq asmaya bilər. Bu isə daha böyük yanğına səbəb olacaq”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub