Qətər dövləti terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlər qurmaqda ittiham olunur. Buna görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Maldiv adaları, Liviya Qətərlə əlaqələri kəsib.
Azərbaycanın Qətərlə bir çox sahələrdə sıx əməkdaşlığı mövcuddur. Cərəyan edən Qətər böhranının ardınca Azərbaycanın bu ölkə ilə əlaqələrinin hansı səviyyədə davam edəcəyi maraqlıdır.
Mynews.az xəbər verir ki, Milli Məclisin Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli mövzu ilə bağlı Modern.az-a açıqlama verib.
“Azərbaycan Qətərlə münasibətləri qətiyyən kəsməli deyil. Düzdür, Səudiyyə Ərəbistanı və digər dövlətlər Qətərlə əlaqələri kəsib. Bu dövlətlərlə olduğu kimi, Qətərlə də normal münasibətlərimiz var. Bu dövlətlər bir-birinə düşmən olmalı deyil. Axı Qətər terrorizmi maliyyələşdirmə ittihamını və İran barədə deyilən fikirləri qətiyyətlə qəbul etmir.
İkincisi, Azərbaycan hər zaman qruplaşmadan kənarda dayanıb. Qoşulmama Hərəkatının üzvüdür. Ona görə də bu, Azərbaycan-Qətər münasibətlərinə pis təsir edə bilməz. Təbii ki, hansısa dövlət digər dövlətə qarşı Azərbaycanın mövqe sərgiləməsini arzulayar. Amma Azərbaycanın öz dövlət siyasəti var və o siyasət davam etməlidir. Necə ki, Azərbaycan dövləti vaxtilə Rusiya-Türkiyə arasında yaranan gərginlik zamanı öz mövqeyini qoruyub saxlaya bildi”.
Deputatın sözlərinə görə, Qətərlə münasibətləri pozmaq olmaz: “Dostluq qrupunun üzvü kimi deyə bilərəm ki, əvvəla, Azərbaycanın çox həssas dönəmidir. Azərbaycan dövləti Ermənistandan başqa, bütün dövlətlərlə dostluq münasibətlərini qoruyub saxlaya bilib. Ona görə də Qətərlə münasibətləri poza bilmərik. ABŞ, İran, Türkiyə də Qətərdə baş verən hadisələrin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.
Şübhəsiz ki, Azərbaycan da bu yolu tutmalıdır və elə də edir. Arzu edirik ki, bu məsələ dinc və danışıqlar yolu ilə həll olunsun. İstər siyasi, istər ticarət, istərsə də turizm cəhətdən Qətərlə çox yaxşı münasibətlərimiz var. Ona görə də Qətər-Azərbaycan münasibətlərinə xələl gəlməsinə yol vermək olmaz”.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub