Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu həll oluna bilər.
Mynews.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İmanuel Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.
“Yalnız danışıqlar, digər yol yoxdur, - o deyib. - Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yaranıb, lakin münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir”.
Rusiya XİN rəhbəri qeyd edib ki, danışıqlar zamanı müəyyən prinsiplərin hazırlanmasına baxmayaraq, “hələ bir çox mürəkkəb detallar razılaşdırılmalıdır”.
“Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq”, - Lavrov yekunlaşdırıb.(oxu.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub