Hazırda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının hər hansı bir görüşü nəzərdə tutulmur.
Mynews.az xəbər verir ki, bunu Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, Ermənistan tərəfi görüşə gəlməkdən həmişə boyun qaçırıb. O qeyd edib ki, indiki Ermənistan iqtidarı hakimiyyətdə olduğu təqdirdə hər hansı bir görüşün keçirilməsi mümkün deyil: "Ermənilər bizimlə görüşməkdən qorxurlar. Bir tərəfdən də onlar öz haylarındadırlar. Ermənistanda vəziyyət gərgindir, yoxsulluq və sosial vəziyyətin olduqca ağır olması və digər tükənməyən problemlər baş alıb gedir, ermənilər başlarını götürüb ölkədən qaçırlar. Belə olan halda onlar hansı nümayəndə tapıb göndərəcəklər görüşə?"
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub