“BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir”.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səfirlər üçün təşkil etdiyi 10-cu ənənəvi iftar süfrəsindəki çıxışında bildirib.
“BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var. Bu istiqamətdə dəyişikliyi bir çox ölkə gözləyir. Bütün problemlərin həlli beş dövlətin iki dodağının arasından çıxan kəlmədən asılıdır. Suriya, İraq problemini həll edə bildilərmi? Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 22 ildir həll olunmur. Həll edə bilməzlər. Çünki biri “yox” desə, məsələ həll edilməyəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub