Rusiya yenidən əl-qolunu çirmələdi - Azərbaycana rus əsgəri yeridilə bilər

2126
Rusiya yenidən əl-qolunu çirmələdi - Azərbaycana rus əsgəri yeridilə bilər

Demək olar ki, sərhədlərimiz xaricində siyasətin rəngi çox tündləşib, az qala o həddə qədər ki, yad boğazlardan onsuz da bölünüb, kiçilmiş Azərbaycanın ərazi bütövlüyünə təhdidlər eşidilir. O zaman son gbir həftədə baş verənlərdən nəticə çıxarmağa çalışaq.

Bir müddət əvvəl, yadınızda olar, Türkiyə prezidentinin Naxçıvanla bağlı açıqlaması: "Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır".

Türkiyə prezidentini topa tutanların sayı-hesabı bilinmirdi, hətta suçlayanların arqumenti də vardı ki, ərazi bütövlüyümüzə göz dikib.

Tarixdən xəbərsizlik sindromu davam edir.

Amma əslində Ərdoğan qədər suçlanmayan, amma ondan daaha artıq iddialı danışan rus hakim dairələrinin son bir ayda Azərbaycana qarşı yönəlik təzyiqlərini durdurmaq hardasa, mümkünsüz hala gəlib.

Və bu hücumların dünyada baş verənlərlə birbaşa əlaqəli olması məsələni problem halına gətirir.

Lavrovun məlum Qrabağ açıqlaması zəncirin görünən ilk halqası idi: “Qarabağ Azərbaycanın daxili məsələsi deyil”.  Qısa müddətdən sonra  Ermənistanla Rusiyanın birgə hərbi təlimlərdə iştirakı və bunun açıq-aşkar nümayişi.

Azərbaycan prezidenti güman ki, manevr imkanlarından ən realı kimi Brüssel səfərini seçdi.

Görüşün AB ilə Azərbaycan arasında xüsusi yaxınlıq ab-havasında baş tutması və Brüsselin Gürcüstandan sonra Azərbaycanı da nüfuz dairəsinə salmaq istəyi qonşumuzu bərk qıcıqlandırıb.

Rusiya nə istəyir?

Kreml Qarabağ məsələsinin həll edilməsini istəyir, çünki bu şərtlərdə Ermənistanın bütün yükü onun çiyinlərindən asılı qalıb. Özü də indiki iqtisadi böhran və sanksiyaların davam etdiyi bir məqamda.

Rusiya Qarabağ problemini həll etməklə Ermənistan üçün Türkiyə və Azərbaycan sərhədlərini açmaq və özünə düşən yükü azaltmaq istəyir.

İkinci məqsədi, Avrasiya İttifaqının Azərbaycansız ölü doğulmuş uşaq olduğunu daha yaxşı başa düşür.

Üçüncüsü, Əsrin müqaqviləsinin imzalanmasından sonra Rusiyanın Azərbaycandakı mövqeyinə Qərb kəskin formada zərbə vurdu.

Bu prosesin ikinci dəfə təkrarlanması gündəmdədir.

"Şahdəniz" qazının Avropaya çıxışı i Azərbaycan üçün uzunmüddətl təhlükəsizlik qalxanı olacaq.

Rusiya bütün bunları gözə alaraq, ən pis halda torpaqlarımızda ordu yerləşdirmək istəyir.

Təəssüf ki, ABŞ-da ziqzaq Trampın hakimiyyətə gəlməsi və Rusiyaya loyal münasibət bəsləməsi Kremlin  əl-qolunu əməlli-başlı açıb.

Kreml işi bitirmək üçün tam formada fəaliyyətə keçib.

Bu da Jirinovsikinin "Azərbaycanı quberniyalara bölək, Rusiyaya bağlayaq" bəyənatı. Daş hardan atıldı bəllidir.

Azərbaycanın addımlarına gəldikdə, Lider Tv-nin müxbirini işdən qovmaqla, manevr etdi, çox zaman isə rəsmi səviyyədə münasibət bildiriməkdən çəkinir.

AB, Türkiyə və müəyyən qüvvələr arasında manevr imkanınından faydalanmağa çalışır.

Bu arada BP də 2050-ci ilə kimi Azərbaycanda qalmaqla bağlı müqaviləni yeniləyəcək.

Görünən odur ki, Rusiyadan başqa, İngiltərə də yenidən oyunçu kimi Qafqaz şahmatında yerini almağa başlayacaq. Faktor.az

 

Xəbər lenti