Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.
Səfərdə “Associated Press, “Reuters” agentlikləri, Türkiyənin TRT kanalı, “İhlas”, “Anadolu” xəbər agentlikləri, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları, Rusiyanın mətbuat orqanları, o cümlədən “RiA Novosti”, “İnterfax” və digər KİV nümayəndələri olmaqla, 25-30 nəfər iştirak edir. Səfər çərçivəsində onlar Cocuq Mərcanlıda aparılan minalardan təmizlənmə fəaliyyəti ilə tanış olacaqlar, planlaşdırılan və görülən işlər barədə məlumat alacaqlar.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub