Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
Mynews.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi. Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub