İranın Azərbaycandakı səfirliyi İranda baş vermiş terror hadisəsi ilə bağlı açıqlama yayıb.
Səfirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, səfirlik hadisəni pisləyərək bildirir ki, İran yarandığı gündən indiyədək bir çox acı hadisənin şahidi olub: “Bu gün İran sabitliyə məhz terrorizmlə mübarizə və daxili təhlükəsizliyini qorumaq nəticəsində müyəssər olub. İran regionun ən sabit və demokratik ölkələrindən biridir.
Bu yaxınlarda İranda xalqın 73%-dən çox hissəsinin iştirakı ilə təhlükəsiz şəraitdə seçkilər keçirilib. Ölkəmiz hər zaman regionda sülh və sabitliyin qorunmasına təkid edir. Son terror hadisəsini isə regionda sülh düşmənlərinin narahatlığı kimi analiz etmək olar. Bu hadisə İran İslam Respublikası dövləti və millətinin regionda izlədiyi sülh, təhlükəsizlik, əmin-amanlıq və inkişaf sahəsində ciddi iradəsinə heç bir mənfi təsir göstərməyəcək. İranın böyük milləti və millətin seçdiyi dövlət keçən illərdə olduğu kimi, indi də sülh və əmin-amanlığın möhkəmlənməsi, habelə terror qruplaşmaları ilə mübarizəni özünün haqqı sayır”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub