Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan Azərbaycanla davam edən Dağlıq Qarabağ probleminə dair sual verən jurnalisti acılayıb.
Mynews.az xəbər verir ki, Eduard Nalbəndyan italyan həmkarı Angelino Alfano ilə Romadakı görüşündən sonra təşkil etdiyi mətbuat konfransında danışıb.
Mətbuat konfransında bir rus jurnalistin “Azərbaycanın işğal etdiyiniz bölgələrini nə zaman çəkiləcəksiniz?” sualından sonra üz mimikası dəyişən Nalbəndyan suala “Bu sualı yazanla bağlı təəssüflənirəm; ya redaksiyanızda, ya da Bakıda yazılıb yəqin” deyə cavab verib.
Nalbəndyan Azərbaycanın, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində yaradılan Minsk Qrupunun 3 həmsədr ölkəsinin (Fransa, Rusiya və ABŞ) tövsiyələrini heçə sayıb rədd etdiyini iddia edərək sözlərinə belə davam edib:
“Bizim mövqeyimiz isə, bu 3 həmsədr ölkənin tövsiyələri ilə eyni yöndədir. Həmsədrlərin mövqeyi, beynəlxalq hüquq, güc istifadə edilməməsi prinsipləri, xalqların öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü kimi nöqtələrə əsaslanır. Ancaq Azərbaycan bunları rədd edir”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub