Gürcüstanda Azərbaycan və Türkiyənin də iştirakı ilə üç ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə "Qafqaz qartalı" təlimləri başa çatıb.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, təlimlər zamanı üç ölkənin xüsusi təyinatlıları düşmənin nəzarətində olan binanın damına desant endirilməsini və binanın ələ keçirilməsini məşq ediblər. Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin ssenarisinə görə xüsusi təyinatlı bölmələr habelə şərti hərbi obyektləri zərərsizləşdiriblər, taktiki, mühəndis, atəş və digər xüsusi vəzifələri yerinə yetiriblər. Hərbçilər habelə tibbi hazırlıq vərdişlərini və yaşayış məntəqəsində döyüş təcrübəsini də mənimsəyiblər. Üç ölkənin iştirakı ilə "Qafqaz qartalı" təlimləri üçüncü dəfə keçirilir. Bundan əvvəl təlimlər Türkiyədə keçirilmişdi. Təlimlərdə məqsəd üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında təcrübə mübadiləsi, döyüş təcrübəsinin təkmilləşdirilməsidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub