Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz qartalı - 2017” birgə təlimləri davam edir.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin növbəti mərhələsində üç ölkənin hərbçiləri şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqları yerinə yetiriblər.
Təlimlərdə həmçinin hava komponentlərindən istifadə olunub.
Təlimləri Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Zaza Çxaidze, Xüsusi təyinatlı qüvvələrin komandiri, polkovnik Dmitri Kiknadze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü izləyiblər.
“Qafqaz qartalı 2017” birgə hərbi təlimi artıq üçüncü dəfədir keçirilir. Təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqənin dərinləşdirilməsi, bilik və təcrübələrin əldə olunmasıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub