Belarus Ali Məhkəməsi eyni zamanda Rusiya, İsrail, Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyanın dayandırılması ilə bağlı şikayətini rədd edib.
Avropa.info xəbər verir ki, məhkəmə qərarını qapalı iclasdan sonra elan edib. Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı çıxarılan qərar son məhkəmə qərarıdır və şikayətə baxılmayacaq.
Qeyd edək ki, bloqer Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini rəsmi icazə olmadan ziyarət etdiyi üçün Azərbaycan XİN-nin “qara siyahı”sına düşüb. Lapşin Gürcüstandan Azərbaycana Ukrayna pasportu ilə keçib. Sənəddə onun adı Aleksandr kimi yox, Oleksandr kimi göstərildiyi üçün o, sərhəd pozucusu sayılır. Azərbaycan dövləti onun haqqında cinayət işi açıb.
17 yanvarda Belarus baş prokurorunun müavini Aleksey Stuk bloqeri Azərbaycana vermək haqda qərar çıxarmışdı.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub