Rusiyanın “Astrofizik” elmi-istehsalat birliyi kiçik qabaritli mobil lazer kompleksini (MLK) hazırlayır.
Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, lazer kompleksi bir neçə on kilometrdən təyyarələr və vertolyotlar, həmçinin tanklar, zirehli avtomobillər və tank əleyhinə raket komplekslərinin optik-elektron sistemlərini sıradan çıxarmağa qadirdir.
Nəşrə danışan mənbələr işlərin dəqiq başa çatma tarixini və kompleksin xarakteristikalarını açıqlamayıb.
“MLK “Stilet” 1K11 və “Sjatie” 1K17 sistemlərinin davamıdır. Sonunçu 1990-cı illərin əvvəllərində silahlanmaya qəbul edilmişdi. Amma “Sjatie” yüksək qiymətinə görə kütləvi istehsal olunmadı”, - deyə nəşrin həmsöhbətləri bildiriblər.
Onların sözlərinə görə, bir 1K17 kompleksi bir neçə tank və ya motoatıcı bölüyü təyyarələr, vertolyotlar və yüksək dəqiqlikli silahlardan qoruya bilirdi. Hazırda bu kompleksin yeganə nüsxəsi Moskvaətrafı İvanovski kəndində hərbi-texniki muzeydədir.
Hərbi tarixçi Aleksey Xlopotov qeyd edir ki, mobil lazer kompleksləri silahlanma sistemlərinin inkişafının müasir, perspektivli və texnoloji istiqamətidir. “Amma onlar ölümcül silah deyillər. Kompleks heç kəsi öldürmür, heç nəyi dağıtmır. Hərçənd qanadlı raketlər və yüksək dəqiqlikli döyüş sursatlarının effektiv müşahidə və optik-elektron sistemlərini sıradan çıxarır”, - Xlopotov qeyd edib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub