Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycana səfərə gəlib.
Mynews.az Report-a istinadən xəbər verir ki, birgünlük səfər zamanı Y.Han noyabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.
"Şərq Tərəfdaşlığı" sammitini, eləcə də, yaxın gələcəkdə əməkdaşlığımızı necə genişləndirə və dərinləşdirə biləcəyimizi müzakirə etmək məqsədilə Azərbaycana - Avropa İttifaqı üçün vacib tərəfdaş olan ölkəyə səfər edirəm. Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətlərini də prosesə cəlb etməklə, əhəmiyyətli iqtisadi və demokratik islahatlara nail olmaq üçün göstərdiyi səylərdə dəstək olmağa hazırdır", - Y.Han Bakıya səfərindən əvvəl bildirib.
Səfər zamanı Avropa komissarı Aİ və Azərbaycan arasında yeni saziş üzrə davam edən danışıqlar, eləcə də, tərəfdaşlıq prioritetləri və əməkdaşlığın gələcək sahələri barədə müzakirə aparmaq üçün dövlət rəsmiləri ilə görüşəcək.
O, həmçinin iyunun 8-də Bakıda keçirilmiş Aİ-Azərbaycan biznes forumunun nəticələrini müzakirə etmək üçün özəl sektorun və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub