Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisyası Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir.
Mynews.az xəbər verir ki, bu sözləri Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən blogger Aleksandr Lapşinin Bakıya təhvil verilməsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, Lapşin məsələsi ötən ilin Aprel hadisələri kimi tariximizə yazılacaq bir məsələdir:
“Bu, eyni zamanda, Ermənistana növbəti ciddi xəbərdarlıqdır. Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da nə zamansa, əlləri qandallı məhkəməmiz qarşısında duracaqlar”.
Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin dünən Bakıya təhvil verilib.
A.Lapşinin ekstradisiyası Ali Məhkəmənin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib və o, artıq Azərbaycandadır.
Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub