“Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub.
Mynews.az Report-a istinadla xəbər verir ki, insan hüquq və azadlıqlarına hörmət edilməsi və bu hüquq və azadlıqların təmin edilməsi dayanıqlı, inkişafın əsas şərti hesab edilir.
“Bu bəyannaməni qəbul edərək Ombudsman institutlarının, Milli İnsan Hüquqları təsisatlarının Dayanıqlı İnkişaf məqsədlərinin uğurla və hərtərəfli həyata keçirilməsində əvəzsiz rolunu nəzərə alaraq bu təsisatların ikitərəfli əsaslarla və ombudsmanların beynəlxalq təşkilatları çərçivəsində əməkdaşlığının gücləndirilməsinin, informasiya və təcrübə mübadiləsinin, müsbət təcrübənin yayılmasının zəruriliyini qeyd edirik”, - deyə Bakı Bəyannaməsində vurğulanıb.
Bununla da Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işini yekunlaşdırıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub