Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ zonasında atəşkəs rejimini pozan erməni əsgəri məhv edilib.
Mynews.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, bu gün saat 09:40 radələrində 1997-ci il təvəllüdlü Narek Qasparyan aldığı güllə yarasından ölüb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhədə beş erməni hərbçinin məhv edildiyi barədə məlumat yayıb.