Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jan-Vinsent Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı İlham Əliyev Jan-Vinsent Plasenin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanışlıq üçün yaxşı fürsət yaradacağına və keçiriləcək görüşlərin əlaqələrimizin inkişafı baxımından maraqlı olacağına əminliyini ifadə edib.
Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jan-Vinent Plase Azərbaycan hökumətinin üzvləri və eləcə də ölkəmizin müxtəlif iqtisadi qurumlarının rəhbərləri ilə keçirəcəyi görüşlərdən danışıb. Bakıda Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacağını deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə edib. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirdi.
Görüşdə “Asan xidmət”in uğurlu fəaliyyətindən və bu sahədə əməkdaşlıq imkanlarından danışılıb, Fransanın bir neçə departamentində artıq bu xidmətin səyyar avtobuslarının tətbiq olunduğu vurğulanıb, Azərbaycan ilə birlikdə Fransanın bu xidmətin Afrika ölkələrində tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub