“Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir”.
Mynews.az–ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və buna Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən münasibət bildirilib: “Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərov tərəfindən qətnaməyə münasibət bildirilib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub