Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib.
Aviasiya festivalı iyunun 17-də başlanıb.
Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir. Yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri Yaponiyadan tutmuş ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib. Festivalda Qarabağa qeyri-qanuni səfər edən əcnəbi turistlər də iştirak edib.
Diqqət çəkən məqam isə uçuşda qondarma DQR-in “bayrağı” rəngində olan təyyarənin Amerika istehsalı olan CH 701 olmasıdır. Uçuşlar işğal altındakı Şuşadan Xankəndi marşrutu üzrə həyata keçirilib.
Qeyd edək ki, İrəvan rejimi Xankəndi aeroportuna xarici təyyarələri qəbul etmək, eləcə də Ermənistan digər bölgələrindən bura uçuşları həyata keçirmək niyyətindədir. Lakin beynəlxalq konvensiyaya görə, Azərbaycanın işğal edilmiş ərazilərin hava məkanında uçan istənilən təyyarəni vurmaq hüququ var. Buna görə İrəvan planlarını təxirə salıb. Lakin bu festivalın gələcəkdə uçuşların həyata keçirilməsinə hazırlıq olduğu da istisna deyil.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub