Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində, iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub.
Bu barədə Mynews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, adsız yüksəkliklərdə və İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub