Müdafiə Nazirliyi ermənilərin Azərbaycan hərbçisini vurmaları barədə yaydığı məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən Mynews.az-a bildirilib ki, Ermənistanın sosial şəbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: “Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov adlı hərbi qulluqçumuz, ümumiyyətlə, xidmət etmir.
Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir”.
Nazirlikdən həmçinin bildirilib ki, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib: “Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.
Qeyd edək ki, Ermənistanın sosial şəbəkələrində erməni silahlı birləşmələrinin Azərbaycan hərbçisini vurmaları barədə məlumat yayılıb. Vurulan hərbçinin adının Natiq Qurbanov olduğu bildirilir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub