SSRİ zamanı Azərbaycanda yaşamış, hazırda Ermənistanda vətəndaş cəmiyyətinin üzvü kimi fəaliyyət göstərən Mariam Avakyan 6 erməni hərbçisinin ölümünə görə məsuliyyətin İrəvan hakimiyyətinin üzərinə düşdüyünü açıqlayıb.
Mynews.az xəbər verir ki, M.Avakyan Ermənistan hakimiyyətini heç nə etməməkdə, Azərbaycanın ərazilərini mənasız yerə əldə saxlamaqda ittiham edib.
“Əsgərlərin ölümünü erməni siyasətçilərinin vicdanına buraxıram və qeyd edirəm ki, əraziləri əlimizdə saxladıqca, bu davam edəcək. Çünki ərazilər bizdə olsa da, Ermənistan rəhbərliyi heç nəyə təşəbbüs etmir, Azərbaycan isə əraziləri qaytarmaqda israrlıdır”, - deyə o bildirib.
M.Avakyan münaqişənin həlli üçün formatın tapılmasının vacib olduğunu dilə gətirib: “Elə format tapmalıyıq ki, bu, ermənilərə sülh gətirsin”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub