Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Fransa Respublikasının sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik de Vilpeni qəbul edib.
Mynews.az-ın məlumatına əsasən, Dominik de Vilpen Prezident İlham Əliyev ilə son görüşünü xatırlayaraq qeyd edib ki, bu görüşdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanda bütün sahələrdə inkişaf daha da sürətlənib və ölkədə baş verən dəyişikliklər, sabitlik göz qabağındadır. O, eyni zamanda, Bakıda keçiriləcək Formula-1 yarışlarının çox böyük maraq doğurduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini deyib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti ilə Fransa Respublikasının sabiq Baş naziri Dominik de Vilpen arasında bundan əvvəl keçirilən görüşlər zamanı səmərəli və məhsuldar müzakirələrin aparıldığı məmnunluqla qeyd edilib, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub