Moldova prezidenti İqor Dodon Azərbaycana rəsmi səfərə gəlir.
Mynews.az Report-a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Moldova Respublikasının Sosialist Partiyasının sədri Zinaida Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.
Səfər zamanı İ.Dodonun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasi-zadə, həmçinin Moldova-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.
“Azərbaycan rəhbərliyi ilə müzakirə ediləsi məsələlər var. Səfərin məhsuldar alınacağına ümid edirik”, - Moldova prezidenti yola düşməzdən əvvəl bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub