Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin yaxın zamanlarda üçtərəfli görüşü keçiriləcək.
Mynews.az News.az-a istinadən məlumat verir ki, Elmar Məmmədyarov,Mixail Canelidze, və Mövlud Çavuşoğlunun görüşü Bakıda baş tutacaq.
Məlumata əsasən, üçtərəfli görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.
Xatırladaq ki, bu, üç ölkənin xarici işlər nazirlərinin Altıncı Üçtərəfli Görüşüdür.
Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin daha öncəki görüşü 19 fevral 2016-cı il tarixində, Gürcüstanın paytaxtı Tbilisidə baş tutub.
Məlumata əsasən, yaxın zamanlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin də üçtərəfli görüşü keçiriləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub