Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatandan da (1 mərmi) istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.
Bu barədə Mynews.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub