Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən Mynews.az-a bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.
Qeyd edək ki, Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub