Azərbaycan prezidenti İlham Əliyev Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.
Mynews.az-ın məlumatına görə, Bakıda keçirilən Formula-1 yarışının əlamətdar idman tədbiri olduğunu vurğulayan Manuel Qonzales Santsu bu yarışın Azərbaycana çoxlu sayda turistlərin gəlməsi üçün yaxşı şərait yaratdığını bildirib.
Ölkəmizə axırıncı dəfə bir il bundan əvvəl səfər etdiyini vurğulayan qonaq ötən dövrdə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu deyib.
Dövlət başçısı Formula-1 yarışının önəmini vurğulayaraq bildirib ki, müxtəlif ölkələrdən olan xeyli sayda turistlərin bu tədbirdə iştirakı onların Bakıda gedən inkişaf proseslərini öz gözləri ilə görmələrinə imkan verir və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub