Hərbi hissədə partlayış nəticəsində Ermənistan ordusunun üç əsgəri yaralanıb.
Sosial şəbəkələrdə Ermənistan ordusunun hərbi hissələrindən birinin işğal olunmuş Cəbrayıl rayonu ərazisindəki poliqonda keçirdiyi taktiki məşğələ zamanı partlayışın baş verməsi barədə məlumat yayılıb.
İlkin məlumata görə, ehtiyatsızlıq səbəbindən qumbaranın partlaması nəticəsində 3 hərbi qulluqçu müxtəlif dərəcəli qəlpə yaraları alıb.
Cəbrayıldakı hərbi hospitala qardaşı oğluna baş çəkməyə gələn Qriqoriy V. adlı şəxs hadisə barədə sosial şəbəkələrdə şərh yazıb. Onun sözlərinə görə, partlayış nəticəsində bir nəfər əsgərin əli amputasiya edilib.
Digər iki hərbi qulluqçudan biri ağır, o biri isə yüngül qəlpə yaraları alıb. (report)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub