Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) yay sessiyası bu gün Miskdə “ATƏT regionunda sülh və rifah üçün qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsi” şüarı altında öz işinə başlayır.
Mynews.az Report-a istinadən xəbər verir ki, sessiyada təxminən 60 ölkədən 700-ə yaxın nümayəndə iştirak edəcək.
Qeyd edək ki, Minskdə forumun keçirilməsi barədə qərar ötən il ATƏT PA-nın Tbilisidə keçirilən 25-ci yay sessiyasında qəbul edilib.
İyulun 9-dək davam edəcək sessiyanı Belarus prezidenti Aleksandr Lukaşenko açacaq. Forum üçün iki böyük platforma ayrılıb. Əsas müzakirələr “Prezident Hotel”də olacaq, açılış mərasimi isə Qaliblər prospektindəki sərgi mərkəzində keçiriləcək.
Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub