Beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün cəsarət və iradənin olmaması yenə də azərbaycanlıların qanının axıdılmasına səbəb oldu.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Fransa senatoru, Senatın Xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.
N.Qule qeyd edib: “Ölkə öz ərazilərinin 20 faizinin qeyri-qanuni işğalına nə vaxta qədər dözməlidir? Hələ nə qədər ölüm faktı olacaq?”
Senator ölənlərin ailələrinə, həmçinin öz torpaqlarını azad etmək uğrunda cəsarətlə mübarizə aparan Azərbaycan xalqına başsağlığı verib: “Mən qaçqın və məcburi köçkünlərlə həmrəy olduğumu bildirirəm və onları əmin edirəm ki, biz problemin həlli üzərində işləyəcəyik”.
Onun sözlərinə görə, artıq hamı Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olması barədə eşitməkdən yorulub: “Bu, dondurulmuş münaqişə deyil, işğaldır”.
Fransalı senator həmçinin qeyd edib ki, Bakının bəyan etdiyi kimi, Ermənistana qarşı sanksiyalar, nəhayət, tətbiq edilməlidir: “Hesab edirəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasını bu vəziyyətin müzakirə edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə təcili iclas keçirməyə çağırmalıdır”.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də, saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub