Ermənilər növbəti təxribata cəhd edib.
Mynews.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cəbhənin təmas xəttində ermənilərin nəzarətində olan otlaq sahələrinin yandırılması nəticəsində Xocavənd rayonunun Ağburun ərazisindən azərbaycanlı iş adamlarına məxsus 300 ha taxıl zəmisinin 100 hektarı yanıb. Görülmüş çevik tədbirlər sayəsində böyük itkilərin qarşısı alınmış, qalan sahənin yanmasının qarşısı alınıb.
Xəsarət alan yoxdur.
Qeyd edək ki, dünən saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub