Litvada ermənilərin təxribatının qarşısı alınıb.
Mynews.az xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyindən APA-ya bildirilib ki, iyulun 5-də Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında “Artsax: köhnə diyarda yeni dövlət” adlı sərgi təşkil etdiyini və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğunu aşkarlayıb.
Məsələ ilə bağlı səfirlik dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlayıb, qalereyanın rəhbərliyi ilə görüşüb.
Görüşdə BMT, ATƏT, NATO və digər beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı, həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalı beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş fakt kimi qiymətləndirildiyini diqqətə çatdırılmışdır. Azərbaycanın ərazisindəki işğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş edilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb. Sərginin Azərbaycan – Litva arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq, şəkillərin yığışdırılması xahiş edilib.
Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüflədiyini bildirib. O, ermənilər tərəfindən sərginin mahiyyəti haqqında düzgün məlumat verilmədiyindən, eləcə də, qalereyanın adının təhrif edilərək “Vartai” (Qapı) əvəzinə “Menu vartai” (İncəsənət qapısı) kimi yazılmasından özünü aldadılmış hiss etdiyini vurğulayaraq, qısa müddətdə şəkillərin yığışdırılacağını deyib.
Bundan yarım saat sonra şəkillər yığışdırılıb və salona giriş bağlanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub