“İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT-lər Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar?! Qəribədir deyilmi?”
Mynews.az--ın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Facebook” sosial şəbəkəsində Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribata münasibət bildirərkən qeyd edib.
“Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma, əfsuslar...”, - deyə N.Məmmədov vurğulayıb.
Qeyd edək ki, iyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub