Belarusun paytaxtı Minsk şəhərində ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası başlayıb.
Mynews.az--ın xəbərinə görə, illik sessiyanın əsas devizi “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi”dir.
Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb. Təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib.
Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsi gündəliyə salınan 7-ci qətnamə layihəsi olub. Qətnamə layihəsi, əsasən, müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə, ATƏT regionunda demokratik inkişafa töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub