Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, erməni hərbi birləşmələri hər gün bu kəndi atəşə tutur: “Atəşkəs dövründə 900 şəhid vermişik. ATƏT və beynəlxalq qurumlar buna biganə münasibət bəsləyir. 25 ildir ki ermənilər hər gün cəbhəyanı əraziləri atəşə tutur. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr buna biganə yanaşır. Biz artıq heç bir beynəlxalq quruma inanmırıq. Hərbi attaşelər bunu dünya ictimaiyyətinə çatdırmalıdır”.
Səfər iştirakçıları daha sonra Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub