Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, xanım Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Malena Mardın fəaliyyəti müddətində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.
Malena Mard fəaliyyəti dövründə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın irəliləməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Malena Marda gələcək fəaliyyətində uğurlar arzulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub