Almaniyanın “Eurasinews” saytında iyulun 4-də Ermənistan tərəfindən cəbhə xətti boyunca atəşkəsin pozulmasına və erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklərə dair məqalə dərc edilib.
Məqalədə Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, 1994-cü ildə tərəflər arasında razılaşdırılmış atəşkəsin Ermənistan tərəfindən pozulması nəticəsində mülki azərbaycanlı əhalinin itkilərə məruz qalmasından bəhs edilir.
Qeyd olunur ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulu rayonunun Alxanlı kəndinə ağır artilleriyada atəş açması nəticəsində biri uşaq olmaqla iki dinc sakin həlak olub, bir nəfər ağır yaralanıb.
Yazıda bildirilir ki, Azərbaycan tərəfi hadisədən dərhal sonra beynəlxalq təşkilatları məlumatlandırıb, ATƏT-in Minsk qrupundan baş vermiş son insidentin araşdırılması tələbi ilə çıxış edib.
Məqalədə, həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin ermənilərin dinc əhaliyə atəş açmasını vandalizm aktı kimi dəyərləndirdiyi bildirilir.
Sonda Türkiyənin cəbhə xəttində baş vermiş insidentdən dərhal sonra bəyanatla çıxış edərək erməni vəhşiliklərini pislədiyi diqqətə çatdırılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub