Beynəlxalq hüququn əsas prinsiplərindən biri ksenofobiya və nifrət elementlərindən imtina etməkdir.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, 4 iyul hadisələrindən sonra Ermənistan cəmiyyətində və hökumət dairələrində təəssüf və üzrxahlıq əvəzinə, Azərbaycana qarşı nifrət dolu açıqlamalar səsləndirib.
“Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi nifrət ideologiyasının tərkib hissəsidir”.
Xatırladaq ki, iyulun 4-də, axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub