Yepiskopdan 2 yaşlı Zəhra ilə bağlı Sarkisyana məktub
Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini iyul ayının 4-də atəşə tutması nəticəsində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı Los-Ancelesdə fəaliyyət göstərən “Churches in Action” (Hərəkətdə olan Kilsələr) təşkilatının və Los-Anceles Dinlərarası Şurasının sədri, ABŞ-da və dünyanın müxtəlif yerlərində 40-dan çox kilsənin yaradıcısı, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez Ermənistan prezidenti Serj Sarksyana açıq məktub ünvanlayıb. Məktubun bir surəti də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilib.
Mynews.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məktubda X.K.Mendez qeyd edir ki, ABŞ-da 4 iyul Müstəqillik Gününün qeyd olunduğu bir gündə Ermənistan ordusu tərəfindən Azərbaycanın mülki vətəndaşlarının, xüsusilə balaca Zəhranın öldürülməsi xəbəri onu çox sarsıdıb. Dünyanın müxtəlif bölgələrində mülki şəxslərə qarşı törədilən vəhşiliklərin davam etməsinin, hətta bəzi yerlərdə gündəlik normaya çevrilməsini ürək ağrısı ilə qeyd edən yepiskop bunun tamamilə qəbuledilməz olduğunu vurğulayır.
X.K. Mendez vurğulayır ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının davam etdirilməsi, bu işğal nəticəsində öz yurd-yuvalarından didərgin salınmış və malik olduqları hər şeydən məhrum edilmiş yüz minlərlə azərbaycanlının əzab və iztirabının əsas səbəbidir. O qeyd edir ki, bu işğal və ədalətsizlik davam etdikcə daha çox insanlar əzab çəkməkdə davam edəcək və bu faciəvi münaqişənin qurbanları olacaqlar.
Yepiskop Mendez Los-Ancelesdə fəaliyyət göstərən xristian din xadimi kimi daim Bibliyanın dediklərini insanlara öyrətməyə çalışdığını qeyd edir və bu səpkidə Bibliyadan sitat gətirir: “Məsum və günahsızları öldürmə, çünki mən günahkarları əfv etməyəcəm” (Exodus
23:7). Mendez Ermənistan prezidentinin diqqətinə çatdırır ki, günahsız mülki şəxslərin öldürülməsi nəinki beynəlxalq hüquq normalarına, həmçinin xristianlığın əsas prinsiplərinə ziddir. Yepiskop, öz xristianlığı ilə fəxr edən Ermənistan və onun rəhbərliyinin bu xristian prinsiplərinə riayət etməyin məsuliyyətini dərk edə bilməsinə ümidvar olduğunu bildirir.
Sonda X.K.Mendez Los-Ancelesdə fəaliyyət göstərən müxtəlif dinləri birləşdirən Los-Anceles Dinlərarası Şurası adından və şəxsən öz adından Ermənistan prezidentinə müraciət edərək, ondan bu cinayəti qətiyyətlə pisləməyi və bu qətli törədənləri müəyyənləşdirərək onların cəzalandırılmasını tələb edir.
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1110 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 1072 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 1071 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 1032 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 1030 dəfə oxunub