ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda Sülh və Rifah naminə Qarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.
Toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.
Mynews.az-ın xəbərinə görə, erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi PA tərəfindən rədd edilib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin iki mühüm təklifi (https://www.youtube.com/watch?v=D5TSIZqcYsI&feature=youtu.be) Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib.
Azay Quliyevin təklifi ilə qətnamənin 8-ci bəndinə edilən dəyişikliyə əsasən, “ATƏT ərazisində münaqişələrin həll edilməsi prinsipləri qeyd edilir və problemin həllinin yalnız münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və suverenliyi çərçivəsində həlli tələb edilir”.
Azay Quliyev tərəfindən qətnamənin 14-cü maddəsinə edilən digər bir dəyişikliyə görə “ATƏT regionundakı məcburi köçkün və qaçqınların doğma torpaqlarına könüllü, təhlükəsiz, ləyaqətlə və maneəsiz şəkildə qayıtması qeyd olunur və mülkiyyət hüququndan məhrum edilmiş insanların humanitar vəziyyəti ilə bağlı narahatlığı ifadə edilir”.
Komitənin iclası öz işini bu gün də davam etdirir.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub