Sərvinaz Quliyeva Horadiz Xəstəxanasına köçürüldü.
İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva yerləşdiyi hərbi hospitaldan mülki xəstəxanaya köçürülüb.
Mynews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Onun sözlərinə görə, S.Quliyeva bu gün Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasına köçürülüb: “Xəstənin bədənindəki bütün qəlpələr çıxarılıb. Xəstə üzərində təkrar əməliyyatın aparılmasına ehtiyac yoxdur. Xəstənin sağlamlıq durumu yaxşılaşır. Vəziyyəti stabildir və qənaətbəxş hesab olunur. Hazırda xəstə ciddi nəzarət altındadır”.
Qeyd edək ki, iyulun 4-də, axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub