Bu gün “Böyük İyirmilik” sammiti çərçivəsində Almaniyanın Hamburq şəhərində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin görüşü keçiriləcək
Görüşün Bakı vaxtı ilə 17.45-də başlayacağı nəzərdə tutulub. Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Baş tutacaq görüşlə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlubildirdi ki, görüşdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münqaişəsinin müzakirə olunması ehtimalı yoxdur:
“Çünki iki dövlət arasında münasibətlər hədsiz dərəcədə gərgindir. Tramp hazırda prezident seçki kompaniyası dövründə verdiyi bəyanatlardan tamam əks bir mövqe nümayiş etdirir. Tramp proqnozlaşdırılmayan bir prezidentdir. Onun fikrincə, ABŞ Suriyada qələbə qazanmaq istəyirsə, gərək Rusiyanı cəzalandırsın. Eləcə də, Avropada mövqeyini möhkəmləndirmək istəyirsə, gərək Rusiya Avropadan uzaqlaşdırsın. Trampın Rusiya ilə bağlı mövqeyi budur. Ona görə, iki prezidentin görüşündə heç bir normallaşma gözləmirəm. Vəziyyət indiki kimi qala bilər. Yaxud, əksinə vəziyyət gərginləşə bilər. Ola bilər ki, Tramp Putinlə görüş vaxtı Ukraynada vəziyyət gərginləşsin. Yaxud, Suriyada yeni bir əməliyyat olsun. Ona görə, prezidnetlərin görüşünü iki ölkə arasındakı münasibətlərin normallaşmasına gətirib çıxaracağını düşünmürəm”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub