Azərbaycanda həqiqi hərbi xidmət müddəti orta təhsilli gənclər üçün 1 il 6 ay, ali təhsil alan gənclər üçün isə 1 ildir. Lakin bəzi hallarda bu müddət uzadıla bilir.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, hərbi xidmətin müddətinin uzadılması xüsusi hallarda mümkündür:
“İstisna hallarda xidmət müddəti uzadıla bilər. İrimiqyaslı təlimlər olarsa, hərbi hissəsinin təqdimatına əsasən müddət uzadılır. Yaxud da, səfərbərlik elan olunarsa, həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçuların xidmət müddəti uzadıla bilir. Birinci Qarabağ Müharibəsində bunun şahidi olduq. Silahlı Qüvvələrimizin yaradıldığı ilk illərdə təxlis olunma məsələsi atəşkəsdən 6 ay sonra başlanmışdı. Hətta bir qədər də çox. Yəni, 1992-ci ildə hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları 1995-ci ildən etibarən təxlis olunmağa başlamışdılar. Qeyd etdiyim kimi, ölkə müharibə vəziyyətində olduğu zaman, yaxud konkret bölmələr üzrə xüsusi əməliyyatların keçirilməsi zamanı həqiqi hərbi xidmətə çağırılmış şəxslərin xidmət müddəti müəyyən qədər uzadıla bilər”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub