Qarabağda erməni terrorçularının qətlə yetirdiyi 2 yaşlı Zəhra ilə bağlı təpkilər davam edir.
Azərbaycanda biznes fəaliyyəti göstərən, FETÖ-yə qarşı mübarizəsi ilə tanınan türk iş adamı Hüseyn Büyükfırat şəxsi facebook hesabından 2 yaşlı şəhid Zəhradan yazıb.
“Bunu heç unutma övladım!
Qərb heç vaxt sivil olmamışdır və onların bugünkü rifahını davam edən sömürgəciliyi,tökdüyü qan, axıtdığı göz yaşı və çəkdirdiyi ağrılar üzərində qurulmuşdur”. (İzzetbegoviç)
Məhz bu günahsız körpə Zəhranın və milyonlarla məsum insanın qatili o qərb mədəniyyətidir. O mədəniyyətin zavallı maşası erməni tulaları qudurublar.
Həm müsəlman Azərbaycan torpaqlarını işğal etmişlər , həm də belə hücumlar edirlər.
Niyə?
Çünki ümmət şüuru və islam birliyi yoxdur.
Onlar xaçlı birliyi içində hərəkət edir və 3 milyonluq erməni cəmiyyəti yüz milyonlarla müsəlmanın ortasında göz görə görə 25 ildir ki, Azərbaycan torpaqlarını işğal edib, bir milyondan çox insanı yerindən-yurdundan etmiş, insanları Xocalı kimi soyqırımlarla vəhşicəsinə məhv edə bilir.
Bütün bu cürəti arxasındakı vəhşi mədəniyyətdən alır.
Bir də bizim dağınıqlıqdan.
Baxın, müsəlmanları məzhəb- məzhəb irq- irq bölüb bir-biri ilə dalaşdırdılar.
Halbuki bir olmasaq hamımızın aqibəti İraq kimi olacaq, Suriya kimi olacaq” deyə iş adamı qeyd edib.(avropa.info)
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub