Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edir.
Mynews.az xəbər verir ki, Azərbaycan prezidenti Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüş keçirib.
Məlumata görə, görüşdə təmas xəttində baş verənlər, Ermənistanın sonuncu təxribatı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Publika.az xəbər verir ki, görüş haqda “Twitter” səhifəsində məlumat verən Ərdoğan “Qardaşım cənab İlham Əliyevlə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdik. Qardaşlığımız güclənərək davam edəcəkdir”, - deyə yazıb.
Azərbaycan-Türkiyə liderlərinin görüşü və Ərdoğanın mesajı iyulun 4-də Füzulinin Alxanlı kəndinə hücum edən və aralarında iki yaşlı uşaq da olmaqla, mülki azərbaycanlıları qətlə yetirən Ermənistanda qorxuya səbəb olub.
Erməni siyasi şərhçi Akop Badalyan “lragir” saytında yazır ki, iyulun 4-də baş verən hadisədən sonra Azərbaycan erməni hərbi birləşmələrinin mövqelərinə zərbələr endirdi: “Bu, cavab zərbəsi adlandırılırdı, lakin Bakının zərbələrə davam edəcəyi gözləniləndir. Bu baxımdan, İstanbulda Əliyevlə Ərdoğanın baş verənləri müzakirə etməsi təsadüfi deyil. Hesab etmək olar ki, bu müzakirələr təmas xəttində növbəti hadisələrin inkişafını müəyyənləşdirəcək”.
Erməni şərhçi Türkiyənin Azərbaycana dəstək verəcəyini qeyd edib.
“Türkiyə beynəlxalq aləmdə müxtəlif cəbhələrlə mübarizə aparır, bu baxımdan, Bakıya dəstəyin təxirə salınacağını düşünmək olardı. Lakin müzakirələr və çıxışlar Türkiyənin dəstək verəcəyini deməyə əsas verir”, - deyə o bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub