Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Edvard Nalbandyan Avstriyanın Mauerbax kommunasında görüş keçiriblər.
Mynews.az-ın xəbərinə görə, bu barədə Report RİA “Novosti”yə istinadən xəbər verir.
Söhbət Avstriyanın Mauerbax kommunasında ATƏT nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub.
Məlumata əsasən, görüş zamanı Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub. Danışıqların bağlı qapılar arxasında keçirildiyi bildirilir.
Qeyd edək ki, bu gün Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçıları Edvard Nalbandyan ilə Elmar Məmmədyarovun da görüşü planlaşdırılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub