Bu gün Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycanvə Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla 19:00-da baş tutacaq. Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.
Baş tutacaq görüşlə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədova bildirdi ki, tərəflərin mövcud vəziyyətə uyğun fikir mübadiləsi aparması vacibdir:
“Mövcud şərait bir daha onu göstərir ki, Azərbaycan tərəfi praktik addımların atılmasını gözləyir. Bu addımların atılması üçün Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin geri qaytarılmasını istəyir. Bu baxımdan hesab edirəm ki, görüşdə Azərbaycan tərəfi yenidən öz mövqeyini daha açıq və sərt şəkildə Ermənistan tərəfinə bildirərcək. Faktiki olaraq, Minsk qrupunun həyata keçirdiyi danışıqlar prosesi davam edir. Bu davamdan çıxmaq üçün artıq kordinal addımlar atılmalıdır. Əks təqdirdə, Azərbaycan tərəfi aprel döyüşlərində olduğu kimi Silahlı Qüvvələrinin əzmkarlığını sübut edəcək. Artıq bununla bağlı kifayət qədər ciddi müsajlar verilib”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub